Sumqayıt "Bulvar idarəsi" MMC-nin baş direktoru
Tariximizdə ilk dəfə olaraq qələbə qazanmış bir ölkədə Zəfər platformasında seçkilər keçirilirdi. Eyni zamanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində seçkilər təşkil olunmuşdu. 30 ilə yaxın Ermənistanın işğalı altında olan 2020-ci il 44 günlük Vətən Müharibəsi nəticəsində azadlığına qovuşan tarixi torpaqlarımızda ilk dəfə seçkilər keçirildi. Bu sözsüz ki, xalqımız üçün qürurverici bir hadisə idi. Ərazi bütövlüyümüzün təmin olunması fonunda ölkəmizdə ilk prezident seçkilərinin keçirilməsi mühüm tarixi hadisədir. Böyük çoşqu, insanların yüksək həvəslə seçki məntəqlərinə gələrək öz münasibətlərini bildirməsi, demokratik bir ab-havanın olduğunu bir daha təsdiqləmiş oldu. Eyni zamanda bu seçki cənab Prezident İlham Əliyevin son 20 illik fəaliyyətinə xalqın verdiyi yüksək qiymət kimi də dəyərləndirilir. Bundan sonrakı dövrdə də xalqımızın güvəndiyi, ətrafında sıx birləşdiyi Liderə olan sevginin xarakteri məhz bu seçkidə bir daha özünü göstərdi. Daha güclü, inkişaf edən Azərbaycan naminə xalqımız cənab İlham Əliyev fenomeninə arxaladığını bir daha ifadə etdi. Dövlətimizin gücü, qüdrəti sözsüz ki, yeni çağırışlara uyğun olaraq ölkəmizin tərəqqisi məhz mükəmməl Şəxsiyyətin idarəçiliyində mümkündür. Xalqımız 7 fevral seçkisində cənab İlham Əliyevə öz gələcəyinə olan inamını, etibarını, sevgisini nümayiş etdirdi.
Bu gün ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi formalaşıb. Tarixi dövr, fərqli situasiyalarda bu birliyin mahiyyəti isbat olundu. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi, möhtəşəm Zəfərin əsasını da məhz sarsılmaz xalq-iqtidar birliyi təşkil edib. Məhz bu birliyinin nümayişini biz 7 fevral növbədənkənar prezident seçkilərində bir daha müşahidə etdik. Beynəlxalq ictimaiyyət, dünya birliyi Azərbaycanda xalqın seçki günü sərgilədiyi mövqeyə bir daha şahidlik etmiş oldu. Müstəqil Azərbaycanın tarixində ilk dəfə bütöv ölkə ərazisində keçirilən seçkilər sözsüz ki, xalqımızın yaddaşında əbədi olaraq qalacaq.
Prezident seçkilərini 72 beynəlxalq təşkilat və 89 ölkədən 790 xarici müşahidəçinin seçki məntəqələrində səsvermə prosesini izləməsi bunun bariz nümunəsidir. Beynəlxalq müşahidəçilərin və seçki monitorinq mərkəzlərinin mövqeyi ondan ibarət oldu ki, 7 fevral prezident seçkiləri tam şəffaf şəraitdə və demokratik mühitdə baş tutub. Təbii ki, prezident seçkiləri günü xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu bir daha öz mövqeyini, iradəsini ortaya qoymaqla təsdiq etdi. Ulu öndər Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə uğurla davam etdirilməsi son 20 il ərzində həyata keçirilmiş layihələr, görülmüş işlərin mahiyyəti də göstərmiş olur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz çox böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan regional və qlobal müstəvidə güclü dövlət kimi öz mövqeyi ilə seçilir. Ölkəmizin həmçinin beynəlxalq aləmdə yüksək nüfuz sahibi kimi bundan sonra da öz mövqeyini daha da gücləndirəcəyinə əminik. Sözsüz ki, qalib, güclü və söz sahibi olan Azərbaycan dövlətinin həyatında yeni bir dövr başlayır. Ölkəmizin hədəfləri bəllidir. İqtisadiyyatın daha da gücləndirilməsi, müasir ordu quruculuğu, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. İşğaldan azad edilmiş ərazilərimizdə Qarabağ və Şəqri Zəngəzurda bərpa-quruculuq işləri böyük uğurla və ardıcıllıqla həyata keçirilir. “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq ərazilərin bərpası və qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdaraq, burada əbədi, xoşbəxt yaşaması təmin olunacaq.
Bir daha seçkilərdə uğur qazanaraq yenidən Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edir, ölkəmizin, xalqımızın parlaq gələcəyi naminə fəaliyyətində yeni-yeni yluğurlar, can sağlığı arzulayıram.
