Ötən gün bu namizədlərdən biri BAXCP-nin sədri, deputat Qüdrət Həsənquliyevə görüsüb ondan sual doğuran bu kimi məsələlərə aydınlıq gətirməsini xahiş etdik.
-Qüdrət bəy, söhbətimizə belə bir sualla körpü salmaq istərdim:
Prezident seçkilərinin irəli çəkilməsi nədən qaynaqlanır?
-Hesab edirəm ki, bölgədə çox böyük giosiyasi proseslər baş verir. Bundan başqa, Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsindən sonra ölkədə islahatların aparılmasına ehtiyac var və heç bir ölkədə təqribən seçkilərə bir il qalmış ciddi islahatlara gedilmir. Bunun üçün düşünürəm ki, Prezident bir siyasətçi kimi sözsüz, ilk növbədə özünün siyasi komandasını, ölkənin maraqlarını nəzərə alaraq vaxtından əvvəl seçkilərə start verdi və əslində Prezident bununla özünün də səlahiyyət müddətini azaltdı. Odur ki, bu, əslində heç kimi narahat etməməlidir; xüsusilə də müxalifəti və digər siyasi partiyaları.
-Radikal müxalifət alternativsiz seçki üzərindən təbliğat aparır. Amma Siz də daxil olmaqla, alternativ namizədlər var. Ümumiyyətlə, radikal müxalifətin bu prapaqandası nəyə hesablanıb?
-Əslində Prezident onlara (radikal müxalifətə Q.H.) bir daha şans verir ki, növbəti dəfə özlərin seçkilərdə göstərə bilsinlər.
Bəzən onlar deyirlər ki, hazırlıqsız yaxalandıq. Niyə hazırlıqsız yaxalanırlar? Soruşmaq lazımdır ki, siyasi partiya mütəmadi olaraq fəaliyyətdə olur, öz seçiciləri ilə, əhali ilə ictimaiyyət ilə işləyir. Seçki kompaniyası dövründə əlbəttə, pulsuz efir vaxtı ayrılır ki, sən öz platformanı elan edəsən, ictimaiyyətə çatdırasan. Burda ortaya bir sual çıxır.
- Növbədən kənar seçki dovründə sizi hansı imkandan məhrum ediblər?
Başqa bir arqument irəli sürürlər ki, Prezident çox nüfuzludur. Bəziləri deyir ki, bu mənada sizlərin seçkiyə qatılmağınıza nə ehtiyac var. Mənim isə fikrim budur ki, ilk növbədə həmişə nüfuzlu və güclü rəqiblə mübarizə aparmaq lazımdır. Məsələn, elə bil, Barselona gəlir hansısa, zəif komanda ilə mübarizə aparırsa qələbə qazananda da belə bir o qədər nə ictimai rezonans doğurmur, nə insanlar o yarışdan bir ləzzət almırlar, nə də heç komandaların özünə də xeyir vermir. Ona görə də görürsüz, hətta Avropa turnirlərində artıq çempionlar liqası var. Ondan sonra digər aşağı, bir-birlərinə uyğun səviyyədə olan komandalar yarışırlar. Ona görə də rəqib nüfuzludur deyə, mən bundan qorxum, seçkiyə qatılmayım, bu tamamilə yanlış bir məsələdir. İkincisidə ki, siyasi partiyalar siyasi sistemin əsas institutudur. Siyasi sistemin inkişafı üçün siyasi partiyalar siyasi proseslərədə aktiv şəkildə iştirak etməlidirlər, həm də çox aktiv şəkildə qoşulmalıdırlar ki, həmin proseslərəki insanları maarifləndirsinlər, insanları siyasi baxımdan hazırlasınlar, alternativ ideyalar, fikirlər səsləndirsinlər, cəmiyyətə çatdırsınlar.
Tutaq ki, indi belə götürək, 1987-ci ildən siyasətdə olan bir adam kimi, partiya sədri kimi, millət vəkili kimi, kifayət qədər siyasi təcrübəsi olan adam kimi, beynəlxalq (tutaq ki,-Q.H.) parlament təşkilatlarında Azərbaycan Milli Məclisini təmsil edən şəxs kimi uzun illərdi seçkilərə qatılmıram. Onsuz da bu seçkiyə kimlərsə qatılacaq və ya hansısa siyasətdən uzaq bir traktorist də qatıla bilər, müəllim də qatıla bilər, həkim də qatıla bilər, siyasətdən uzaq peşənin fərqi yoxdur, yəni peşəkar siyasətçi olmayan biri də qatıla bilər. Çünki seçkinin baş tutması üçün mütləq kimlərsə iştirak etməlidir və belə adamlar mütləq həmişə olacaq.
İndi başqa ittiham irəli sürürlər ki, həmin radikal müxalif seçikələrə qatılmır, deyir, bu iqtidarın bir oyunudur və bizləri də ittiham edirlər ki, güya iqtidara dəstək məqsəsilə bu oyunlara qatılmışıq. İndi mən həmin adamlara sizin media vasitəsi ilə sual ünvanlıyıram:
-Ümumiyyətlə tutaq ki, vəziyyət siz dediyiniz kimidir; ölkədə seçkilərin nəticəsi total saxtalaşdırılır və seçkilər də bir siyasi oyundur. Bu oyunun olması yaxşıdı yoxsa, olmaması?
Bir tamaşada olsa da sizin dediyiniz kimi, ən azından buna baxanlar da var və bu da xalqdır. Deyirsiz biz seçki tamaşasında iştirak etmirik. Xalq orda həmin bu oyunda iştirak edənlərin çıxışlarını eşidirsə, orda alternativ fikirlər eşidirsə, bu ölkənin gələcəyi ilə bağlı ciddi təkliflər eşidirsə, platformalarla tanış olursa, xalqı hazırlamaq baxımından bu yaxşıdı yoxsa, xalqı bir az da passivləşdirir ki, oturun evinizdə, bu?
Biri var onlar aktiv formada seçkini baykot edələr, tutaq ki, namizəd də verə bilərdilər, həmin namizəd hansısa müddətə isə öz namizədliyini geri də götürə bilərdi. Müşahidəçilər verə bilərdilər seçki komissiyalarına, aktiv formada seçkini müşahidə edə bilərdilər və sair. Amma axı, bu yol deyil. Niyə yol deyil?
Birincisi, insanlara siyasi prossesləri öyrətmək lazımdı. Tutaq ki sizin dediyiniz həmin o siyasi tamaşaya cəlb etməlisiz ki, evindən çıxsın, gəlsin bu tamaşaya baxsın. Yəni, o tamaşanın bir məqsədi də gəlib o qutuya bilet atmaqdırsa, qoy evindən çıxıb birinci səs vermə prosesini öyrənsin. Hələ onun səsini qoruyacaq qorumayacaq, bunu bir kənara qoyaq. İnsanlara ilk növbədə prossesin özünü öyrətmək lazımdır. Onlar bu məslədə də haqsızdılar. Heç nə heç də onların dediyi kimi deyil. Amma tutaq ki, dedikləri kimidi, belə halda yenə də tamaşada iştirak məqsədə uyğundur. Ona görə ki, seçicini evdə oturtmaqla seçki onsuz da saxtalaşdırılacaq; otur evində, mən də burdan bir iki dənə mətubatla söz deyəcəm. Axı, bu heç nəyi dəyişmir. Bundan başqa sonuncu "ciddi" arqument odur ki, onlar deyirlər ki, hökümət heç bülletenləri saymır, elə istədikləri protokolu yazıb ora qoyur. Kim nə deyir desin, istənilən hakimiyyət ictimai rəyi bu və ya digər formada nəzərə alır. Hətta o bülletenlər və göstərilən rəqəmlər real olaraq nəzərə alınmasa da belə, iqtidar bilir ki, xalq iqtidarın namizədinə və yaxud müxalifətin namizədinə nə qədər səs verib. Onun özü də hətta, son dərəcə önəmli bir məsələdi. İkincisi, bu məsələdə onlarln özlərini mən ittiham edirəm ki, bəs siz deyirdiniz ki, bir dəfə on min adam yığdıq Qələbə stadionuna, bundan sonra hökümət o addımı atdı, bu addımı atdı, nə bilim bu güzəştə getdi, o güzəştə getdi. Axı, siz gecə-gündüz bunu təkrarlıyırsınız. Deməli, iqtidar bu etirazı gördü və bunu elədi. İnda siz niyə istəmirsiz iqtidar seçkidə də gəlsin görsün lap tutaq ki müxalifətin namizədi uduzacaq. indi biz hamımız başa düşürük ki, Prezidentin nüfuzu çox yüksəkdir. Ona görə ki, ölkənin ən ağır problemi öz həllini tapıb. Amma, axı həllini tapmayan problemlər də var. Bu ölkədə bir çox problemlər müxalifətin zəifliyindən qaynaqlanır. Xalqımız da sössüz, qədir bilən xalqdır. İnsanlar bunu görür və qiymətləndirməyi bacarır. Amma dediyim kimi ölkədə həllin gözləyən başqa problemlər də var. İndi istənilən partiyanın, biri var olur maksimum planı, biri də var olur minimum planı. Yəni, sən nə uğrunda mübarizə aparırsan apar, amma nəyə nail olmasan da heç olmasa, buna nail olasan. Biz qələbə uğrunda mübarizə aparırıq və çətinliyi də bilirik. Ən azından seçkilərdən müxalitin daha güclü çıxması özü belə müxalifət üçün avantajdır.
-Müsahibə üçün təşəkkür edirəm.
Bəradər Səməndərli
"Atributinfo.az"
