Sizin reklam burada
Sizin reklam burada
  • Müşfiq Məmmədli: "Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tək partiyamızın deyil, ümumilikdə xalqın namizədi kimi qəbul olunur"

    "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan seçkilər mühüm əhəmiyyət kəsb edir."
    Bunu "atributunfo.az" açıqlamasinda Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək:
    "Mühüm amil kimi qeyd etmək istərdim ki, ölkədə siyasi sistemin dayanıqlığı üçün bütün addımlar atılmışdır. Siyasi partiyalar haqqında qanun parlamentdə çox geniş müzakirələrdən sonra qəbul olundu. Qanun layihəsi bilavasitə siyasi mübarizə üçün hər kəsə tam hüquqlu şərait yaratmışdır. Bu da öz növbəsində demokratik dəyərlərə söykənən seçkilərin keçiriləcəyini təmin edir.
    Bildiyimiz kimi 15 dekabrda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında partiyamızın sədri İlham Əliyevin namizədliyi irəli sürüldü. Qarabağın azad edilməsindən sonra Azərbaycanda fərqli siyasi atmosfer yarandı. Bu baxımdan Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tək partiyamızın deyil, ümumilikdə xalqın namizədi kimi qəbul olunur. Ötən prezidentlik dönəmində qarşıya qoyulmuş vəzifələr tam olaraq yerinə yetirilmiş, növbəti 7 ildə də dövlət olaraq hədəflər bəllidir. Ona görədə prezident seçkilərindən sonra daha fərqli Azərbaycanı müşahidə edəcəyimizə əminik."- Deputat bildirib.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ