Sizin reklam burada
Sizin reklam burada
  • YAP İdarə Heyətinin iclası keçirilir

    Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
    İclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
    İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.
    - Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
    - Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
    - Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
    - Təşkilati məsələlər.
    Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.
    Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ