Azərbaycanda Dayanıqlı İnkişafa nail olmaq məqsədilə aparılan səmərəli işlərin, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla geniş vüsət aldığını deyən vitse-spiker ölkəmizdə bu sahədə bu günə qədər görülmüş işlərdən bəhs edib, Azərbaycanın bu sahədə qarşıya qoyduğu növbəti hədəfləri diqqətə çatdırıb. Vitse-spiker çıxışında sabitliyin vacibliyinə diqqət çəkib. O, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında demokratik və multikultural cəmiyyətin yaradılmasının vacibliyi məsələsini vurğuladığını forum iştirakçılarının diqqətinə çatdıraq, bu təşəbbüsün beynəlxalq aləmdə Dayanıqlı İnkişafa nail olunmasına xüsusi töhfə verdiyini qeyd edib. Sonra çıxışda Dayanıqlı İnkişaf məqsədlərinə nail olunmasında hüquqi bazanın yaradılmasında qanunverici hakimiyyətinin rolu vurğulanıb, bu sahədə qarşılıqlı təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyi qeyd olunub, bu əməkdaşlığın parlamentlərarası münasibətləri daha da dərinləşdirəcəyi diqqətə çatdırılıb.
Forum öz işini davam etdirir.
