Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda “2023-cü il Heydər Əliyev ili” çərçivəsində "Tarix yazan əbədiyaşar lider" mövzusunda konfrans keçirildi

    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “2023-cü il Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlər çərçivəsində "Tarix yazan əbədiyaşar lider" mövzusunda keçirilən konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarını təmsil edən 180 nəfər iştirak etmişdir.
    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək, öz həyatını xalqın xoşbəxtliyi üçün qurban verməyə hazır olan, bütün mənalı ömrünü xalqın inkişafına həsr etmiş, bu günümüzə çatmağımız üçün sönməz mayak olan, Müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmış, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin yaratdığı, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik etmişdir. Ulu Öndər Heydər Əliyevin Müstəqilliyimizi qoruyaraq, ölkəni inkişaf yoluna çıxardığını, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin isə olkəni inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdığını diqqətə çatdıran Vüqar İsayev, qədirbilən xalqımızın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutaraq, daim hörmət və ehtiramla anacaqını, Prezident İlham Əliyevin ətrafında monolit birləşməklə xalqın xoşbəxtliyi naminə görəcəyi bütün işlərdə daim onunla birgə olacağını əminliklə bildirmişdir.
    Sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Yeni Azərbaycan Partiyasını yaradaraq, dövləti və xalqı düşünən insanları öz ətrafında birləşdirməklə, bu günki xoşbəxt həyatımıza zəmin yaratmasından, layiqli varisi Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Məhtəşəm Zəfərin əhəmiyyətindən danışmışlar. Görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğundan bəhs etmişlər.
    Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yekun nitqi ilə çıxış edərək Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən Müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu qeyd etmiş, vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlının ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmaqla, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olduğunu bildirmişdir.
    Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna YAP Göygöl rayon təşkilatının Fəxri fərmanları təqdim edilmişdir.
    Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə bağlı elan edilmişdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ