Bahadur İslamov,
Abşeron rayonu 1 saylı Notariat Ofisinin notariusu
Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib, funksiya və səlahiyyətləri müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin 2000-ci ilin 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu sərəncam Azərbaycan ədliyyə sisteminin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmaqla ədliyyə fəaliyyətində tarixi varisliyi də təsbit edib.
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə düşməni məğlub edərək ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.
Ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.
Eyni zamanda Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb. Dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmayıb, bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.
Ədliyyə Nazirliyinin saytında yaradılan və daim yenilənərək interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platforması isə ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyətli rol oynayır.
Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində bu gün biz öz gücü hesabına torpaqlarını işğaldan azad edən, günü-gündən inkişaf edərək regionun lider dövlətinə çevrilən bir ölkənin vətəndaşlarıyıq. Buna görə də ədliyyə sisteminin yaranmasının 104-cü ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün – Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir.
Ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun şəkildə öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.
Artıq işğaldan azad olunan doğma Qarabağımız yeni mərhələyə - bərpa, dirçəliş və inkişaf mərhələsinə qədəm qoyub. Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri də qarşıda duran ən ümdə vəzifələrdəndir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin əmri ilə kompleks tədbirlər müəyyən olunub, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb, zəruri təşkilati işlər görülüb. İşğaldan azad edilən ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Ölkəmizin, eləcə də Ədliyyə Nazirliyinin qarşısında işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı vəzifələr və digər konkret tədbirlər dayanır.