Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı Dövlət Universitetində AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
İsa Həbibbəyli universitetin rəhbərliyini, professor-müəllim heyətini və tələbələrini Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından salamlayıb. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, milli ziyalılarımıza, Elmlər Akademiyasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının, ehtiramın ifadəsi olduğunu deyən akademik, bu mühüm dövlət sənədinə görə Akademiyanın çoxminlik kollektivi, tədbir iştirakçıları və gənclər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
