Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Amerika Birləşmiş Ştatlarına səfər edəcək

    Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
    Səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək. Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq.
    Səfər noyabrın 17-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ