Sizin reklam burada
Sizin reklam burada
  • Müasir Azərbaycan tarixinin ən şərəfli günü

    Elçin Zeynalov,
    Bakı şəhəri 52 saylı Notariat Ofisinin notariusu

    Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etniktəmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz minkvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğaledilmişdir. Bütövlükdə isə iki milyon yarım azərbaycanlı soyqırımı və deportasiya cinayətlərininqurbanı olmuşdur. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlanmışdır. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir.
    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətl Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılaraq, talan edilən, demək olar ki, yerlə yeksan edilən şəhər və kəndlərimizin əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması bir daha bütün dünyaya göstərdi ki, biz erməni işğalı ilə heç zaman barışmayacağıq. Tarixi torpaqlarımızın hərbi-siyasi yolla azad olunması ilə biz təkcə suveren hüquqlarımızı bərpa etmədik, eyni zamanda, əyilmiş qamətimimiz dikəltdik, özümüzə hörməti qaytardıq, şərəfimizi xilas etdik, Qarabağda, Şərqi Zəngəzurda işgəncəyə məruz qalan, qəddarcasına qətlə yetirilən şəhid və şahidlərimizin qisasını aldıq. Bu tarixi Qələbə ilə xalqımıza, dövlətimizə açıq və gizli şəkildə edilən təzyiqlərə boyun əymədiyimizi, ədaləti bərpa etmək üçün, doğma tarixi ərazilərimizi işğaldan azad etmək üçün hər bir fədakarlığa hazır olduğumuzu nümayiş etdirdik.
    Bu ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Hələ 1993-cü ildə ölkədəki mövcud xaos, gərgin hərbi-siyasi vəziyyət, iqtisadi-siyasi böhran nəinki vətəndaş müharibəsinə, hətta Azərbaycanının siyasi xərtiədən silinməsinə, bir dövlət kimi qalması böyük sual altında idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Bunun üçün ilk növbədə, ölkəmizin iqtisadi imkanları artmalı, gücləndirilməli idi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. 30 ilə yaxın Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərirdi, ərazi bütövlüyümüzə xələlə gətirən bütün proseslərin qarşısını alırdı. Lakin eyni zamanda, güclü ordu yaradırdı.
    Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.
    Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomeni dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
    Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
    Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları, onun yaralı əsgərlərimizə, qazilərə göstərdiyi qayğı və diqqət bir daha göstərir ki, bu dövlət öz qazisini, şəhidinin əmanət qalmış ailəsini heç zaman unutmur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ