Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Azərbaycan - öz Rəhbərinə və Dövlətinə güvənən xalqın Vətənidir"

    "Məndən Azərbaycanı bir cümlə ilə tərif edəbilərsən deyə soruşulanda şübhəsiz ki, düşünmədən cavabım aşağıdakı kimi qısa və konkret olur: Azərbaycan - öz Rəhbərinə və Dövlətinə güvənən xalqın Vətənidir!"
    Bunu "atributinfo.az"-ın əməkdəşı ilə söhbət zamanı Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü, professor Rəşad Mahmudov demişdir:
    " Üzvü olduğum Yeni Azərbaycan Partiyası haqqında soruşulanda isə, fikrimi belə ifadə edirəm: YAP dünənimizin, buqünümüzün və sabahlarımızın xilaskarı olan siyasi bir təşkilat olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin həmişəyaşar düşüncəsi, siyasi-ideoloji məktəbidir. Bu günkü yeniləşən, inkişaf edən qüdrətli və müzəffər Azərbaycan isə bu məktəbin yaratdığı xoşbəxt taleli məmləkətdir,"- deyə Rəşad Mahmudov əlavə etmişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ