Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Polşada parlament seçkilərini müşahidə edəcək

    Milli Məclisin deputatı Polşada parlament seçkilərini müşahidə edəcəkMilli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.
    Deputatımız oktyabrın 15-də keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. O, müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
    Səfər oktyabrın 16-da başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ