
Əlbəttə, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini dahilər dahisi, tarix boyu yaşamış ən qüdrətli dövlət və ictimai xadimlərdən biri olan Ulu Öndər Heydər Əliyevdən, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən Müzəffər sərkərdə cənab Prezident İlham Əliyevdən və öz tarixi, dili, dünyaya qazandırdığı saysız - hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan müdrik Azərbaycan xalqından alır. YAP Ulu Öndərin də hər zaman qeyd etdiyi kimi tarixi zərurətin təkidli tələbi idi. Siz bu tarixi prosesləri bilirsiniz, gənclərimiz isə öyrənirlər. Yaxşı öyrəndiklərinə əminəm. Çünki əgər belə olmasa idi, biz Qarabağı işğaldan azad edə, Şərqi Zəngəzura Cəfər Cabbarlının şeri ilə desək, yaşıl donlu, mavi gözlü, al yanaqlı bayrağımızı asa bilməzdik. Bütün məsuliyyətimlə deyirəm ki, ölkəmizin əldə etdiyi bütün uğurlarda olduğu kimi şanlı Zəfərimizin əldə olunmasında da YAP üzvlərinin müstəsna xidmətləri vardır. Məsələn, əyləşdiyimiz əYAP Göygöl rayon təşkilatının Akt Zalında hər kəs YAP üzvüdür. Onlar doğma rayonumuzun tərəqqisi, inkişafı naminə gecələrini gündüzlərinə qataraq çalışır və Göygölmüzü nurlu gələcəyinə öz töhfələrini verirlər. Bu tendensiya bütün ölkə üzrə belədir. Biz ləyaqətli üzvlərimizlə fəxr edirik! Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Bu gün YAP-ın yaranmasından 30 il keçir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”. Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vuqar müəllim hər zaman öz alicənablığı yüksək intellekt səviyyəsi və partiya fəaliyyəti ilə xalqın rəğbətini sevgisini qazanmışdır. Mən deyyərdim bu gün Vuqar müəllim ,Cənab prezident İlham Əliyevin son illərdə təyin etdiyi ən uğurlu kadrlardan biridir. Fəaliyyətində uğurlar arzulaylram.
İlkin Məmmədov
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə icra nümayəndəliyində müavin
"Atributinfo.az"
