Sizin reklam burada
Sizin reklam burada
  • 27 sentyabr Vətən Müharibəsinin başlandığı gün...

    Ehtiram Mehtiyev.
    Milli Cəbhə Partiyası - MCP sədr müavini

    Zəfər günəşinin doğduğu bu tarixi uzun illər unutmayacağıq. Azərbaycanın müzəffər ordusu 30 ildən sonra Ermənistanın işağlında olan ərazilərini azad etməklə tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib, işğalçını döyüş meydanında cəzalandırıb, yeni bir reallıq yazdı. 44 gün ərzindən düşmən üzərində parlaq qələbə Azərbaycan xalqının milli qürurunun nə qədər yüksək səviyyədə olduğunu göstərdi. Ermənilərin miatsum və dənizdən dənizə böyük Ermənistan xülyasına son qoydu.
    27 sentyabr regionda yeni bir geosiyasi nizam yartamaqla, Azərbaycanın bölgədə artıq güclü bir ölkə statusu almağına zəmin yaratdı. Bununla bərabər Türkiyə-Azərbaycan hərbi mütəffiqliyinin yaranmasına gətirib çıxardı. Bu qələbə Azərbaycan xalqının 30 il keçməsinə baxmayraq işğalla barışmadığını göstərdi. Bu illər ərzində dövlətin bütün siyasəti yalnız bir amala söykəndi. Bu, torpaqların işğaldan azad olunmasıdır. Bu illər ərzində Qarabağla bağlı aparılan siyasət öz məntiqi davamını qələbə ilə yekunlaşdırdı. Bir daha dünayaya göstərdik ki, Azərbaycan xalqı birdir və bir araya gələrək yumuruq şəkilində düşmənə layiqli cavab vermək əzmindədir. 21- ci əsrdə heç bir dövlət və xalq işğal olunmuş ərazilərini azad etməyib. Amma, Azərbaycan xalqı və dövləti bunu bacardı. İkinci vətən müharibəsi özü ilə regiona sülh və əməkdaşlıq təhlükəsilzik gətirdi.
    Yaşasın Azərbaycan, yaşasın uca xalqımız!
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ