Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Ordusunun uğurlarının kökündə Ulu öndər Heydər Əliyevin siyasəti dayanır

    Hacı Orucov,
    Bakı şəhəri 3 saylı Notariat Ofisinin notariusu

    Prezident cənab İlham Əliyev 44 gün ərzində təkcə Ali Baş Komandan kimi cəbhədə gedən əməliyyatlara rəhbərlik etmədi. Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.
    Bu zaman ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri Azərbaycan xalqının əzmini, iradəsini əzə bilmədi, onu qorxutmadı, əksinə gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda mühüm rol oynadı. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən cənab İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hamı bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Haqq işimizi yarıda qoymağa hesablanmış üçün xarici qüvvələrin təzyiqlərinə cəsarətlə sinə gərən, onları dəf edən cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
    Azərbaycan Ordusunun uğurlarının kökündə Prezident İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, çağdaş dövrümüzün tələblərinə uyğun çevik formada gerçəkləşdirdiyi Ulu öndər Heydər Əliyevin siyasəti dayanır. Ümummilli lider Heydər Əliyev vurğulayırdı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Azərbaycan xalqı bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi oldu. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bütün gözləntilərini 17 illik hakimiyyəti dövründə gerçəkləşdirməyi bacardı.
    Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.
    2020-ci ilin 44 payız günü həyatımızın ən həyəcanlı günləri oldu. Bu sözlər məncə hər kəsə aiddi - həm ordumuzun əsgərlərinə, həm də ümumilikdə xalqımıza. Ümid edirəm ki, bir daha ölkəmiz belə günləri yaşamayacaq. Çünki müharibə insanın başına gələ biləcək ən böyük faciədir. İnsan həyatının dəyərini heçə endirən faciə. Öz şəxsi məqsədləri və hədəfləri deyil, daha ali saydığı məqsəd və əqidəsi uğrunda canını fəda edən istənilən insan əbədi hörmətə layiqdir. Ümid edirəm ki, müharibənin sonunda arzularının reallaşması onların doğmaları üçün az da olsa təsəlli oldu.
    2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə yüz illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ