Sizin reklam burada
Sizin reklam burada
  • Ermənistan təzminat ödəməlidir

    "Şuşa şəhərinin Daşaltı kəndi ərazisində itkin düşmüş və bir neçə gün öncə həmin ərazidə aşkar olunan kütləvi məzarlıqda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən olunmuş hərbi qulluqçuların dəfni onların ailələri və yaxınları üçün ikinci faciədir. Bütün dövrlərdə Erməni vandalizminin əyani şahidi oluruq. Ermənilər və ermənipərəst qüvvələr nə qədər tarixi saxtalaşdırmağa cəhd etsələr də onların əsl üzlərini bu faciələrlə dünyaya tanıtmaq lazımdır." Bunu "atributinfo.az"-a aciqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev deyib. O, əlavə edib ki, Ermənistan dəfələrlə azərbaycanlı insanlara qarşı terrorlar törədərək, soyqırımlar həyata keçiriblər. Bu yaxınlarda Kəlbəcərin Başlıbel kəndində də törədilən faciənin qurbanları dəfn olundular. Onların da ailələri ikinci dəfə bu faciənin ağrı-acısını hiss etdilər:
    "Artıq Ermənistan hakimiyyəti yaxşı dərk edir ki, bölgədə cərəyan edən hadisələr onların xeyrinə deyil. Ermənistanın Azərbaycana qarşı etnik ayrı-seçkilik və soyqırım aktı dövlət siyasətidir. Hələ də bu siyasət davam edir. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra toplu məzarlıqların üzə çıxması Edillidə və Şuşada mülki əsirlərə qarşı amansız şəkildə işgəncə verilərək öldürülüb.
    Ermənistan dövləti və hərbi cinayətkarlar mütləq beynəlxalq hərbi tribunala verilməlidir. Serbenistsa soyqırımı təşkilatçıları kimi erməni səhra komandirləri beynəlxalq hüquqi məhkəməyə çıxarılmalıdır. Ermənistan təzminat ödəməlidir."- MCP müavini Ehtiram Mehdiyev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ