Sizin reklam burada
Sizin reklam burada
  • Məqsədim ölkəmizə qızıl medal gətirməkdir - Tural Sarıyev

    Məqsədim qızıl medalı Azərbaycana gətirməkdir. Vətənimizin adını uca tutmaq mənim əsas hədəfimdir.
    Atributinfo.az xəbər verir ki, bunu Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanı boks idman növündə təmsil edən Tural Sarıyev deyib.
    T.Sarıyev bildirib ki, növbəti döyüşlərə yüksək səviyyədə hazırlaşır:
    "Yarımfinalda rəqibim Rusiya təmsilçisi Andrey Salatovu məğlub etdim və finala vəsiqə qazandım. Növbəti rəqibim Ermənistan boksçusu olacaq. İkinci Qarabağ müharibəsində Zəfər qazandıq. İnanıram ki, mən də onunla döyüşdə yenidən Azərbaycanın adını ucaldacağam. Ölkəm üçün var gücümlə qələbəyə hədəflənmişəm".

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ