Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov Asiya Parlament Assambleyasının (APA) tədbirlərinə qatılmaq üçün iyulun 10-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək. Millət vəkili səfər çərçivəsində APA-nın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək. Səfər iyulun 12-də başa çatacaq.