Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız Qazaxıstana səfər edəcək

    Deputatımız Qazaxıstana səfər edəcəkMilli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 12-də Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.
    Millət vəkili Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
    Səfər çərçivəsində deputatımız, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.
    Səfər iyunun 19-da başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ