Sizin reklam burada
Sizin reklam burada
  • Ehtiram Mehtiyev: "Gənclər festivaldan festivala yada düşməməlidir"

    "Azərbaycanda gənc mühəndislərin yetişdirilməsinə, onların bilik və bacarıqlarının üzə
    çıxarılmasına ciddi ehtiyac var. Əgər belə milli texnoloqlarımız varsa onları geniş ictimaiyyətə təqdim etmək lazımdır."
    Bu fikirləri "Atributinfo.az"-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehtiyev demişdir. O, əlavə etmişdir ki, düzdür, texnofestdə belə istedadlı gənclərin şahidi olduq. Amma bu gənclər festivaldan festivala yada düşməməlidir. Onların bacarıqlarından səmərəli istifadə etmək lazımdır:
    "Hesab edirəm ki, artıq Azərbaycanda aviasiya, kosmik sənaye, rəqəmsal sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsinə daha geniş yer verilməlidir. Bununla bağlı dövlət səviyyəsində işlər görülür. Sahibkarlar da belə gənclərin inkişafında maraqlı olmalıdırlar. Əgər bu sahəyə ayrılan vəsaitlər təyinatı üzrə səmərəli, şəffaf və düzgün şəkildə istifadə edilərsə, yaxın gələcəkdə inkişaf etmiş fərqli Azərbaycan görəcəyik. Bunun üçün gənclərimizin üzərinə də böyük məsuliyyət düşür. Onlar həvəsdən düşməməlidir."- Ehtiram Mehtiyev demişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ