Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Ankarada səfərdə olacaq

    Milli Məclisin deputatı Ankarada səfərdə olacaq Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Rafael Hüseynov Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 27-də bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
    Səfər çərçivəsində deputatımız AŞPA-nın seçki müşahidə missiyasının tərkibində Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
    Səfər mayın 29-da başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ