Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Faciələrimiz tariximizin səhifələri kimi daim vərəqlənməli və unudulmamalıdır"

    "Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar sırasında torpaqlarımızın işğal yox, Zəfər günlərinin qeyd edilməsi xüsusi yer tutur.
    Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə demişdir. O, əlavə etmişdir ki, bu, dövlətimizin qətiyyətinin, rəşadətli Ordumuzun gücünün, xalqımızın dəmir yumruq kimi birliyinin nəticəsi oldu:
    "44 - günlük İkinci Qarabağ müharibəsinin hər günü Zəfər günümüzdür. Bu tarixləri qeyd etməklə yanaşı, mənfur düşmənin 30 illik işğal dövründə başımıza gətirdikləri faciələri, törətdikləri təxribatları da daim xatırlayır,onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün səylərimizi daha da artırırıq. Faciələrimiz tariximizin səhifələri kimi daim vərəqlənməli və unudulmamalıdır.Bu baxımdan son üç ilə yaxın dövrdə digər işğaldan azad edilmiş torpaqlarımız kimi,Laçın rayonunda da aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etsək daim xatırlanan, erməni vəhşiliyinin təcəssümü olan bir tarix də unudulmur: 1992-ci il 18 may. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu.1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi.Laçın 28 il erməni vəhşiliklərinin şahidinə çevrilsə də bu ümid heç zaman itmədi. Xalqımız tam əmin idi ki,dövlətimizin qətiyyəti sayəsində gec-tez ədalət zəfər çalacaq,torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Artıq üç ilə yaxındır ki, bu sevinci yaşayırıq. Digər işğaldan azad edilmiş ərazilərimizlə bərabər Laçın da cənnət məkana çevrilir. İşğaldan azad edilmiş ərazilərimiz üçün nəzərdə tutulan 3 beynəlxalq hava limanından birinin məhz bu rayonun ərazisində tikilməsi rayonun iqtisadi və strateji əhəmiyyətini göstərir."- Deputat demişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ