Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputatlar Anar Məmmədov İqtisadiyyat və maliyyə məsələləri, Rauf Əliyev Mədəniyyət, informasiya, turizm və idman məsələləri, Əminə Ağazadə Hüquqi məsələlər daimi komissiyalarının iclaslarına qatılacaqlar.
İclaslarda iqtisadi sahəyə dair bir sıra model qanun layihələrinə, həmçinin “Rəqəmsal media mühitində elektron kommunikasiyalar haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Xeyriyyəçilik haqqında”, “Dövlət kadastr qiymətləndirilməsi”, “Əmlakın mülkiyyətə keçirilməsi üçün müqavilələr haqqında” və digər model qanun layihələrinə, o cümlədən bir sıra digər məsələlərə baxılacaq.
Səfər çərçivəsində deputatlar Anar Məmmədov, Rauf Əliyev və Əminə Ağazadə deputat Azər Badamovla birlikdə Sankt-Peterburqun 320 illiyinə həsr olunmuş “Sankt-Peterburq – Birliyin parlament paytaxtı” mövzusunda beynəlxalq forumda da iştirak edəcəklər. Millət vəkili Emin Hacıyev isə tədbirə videokonfrans formatında qatılacaq.
Forumda “Gənclər parlamentarizmi – gənclərin hüquqi və siyasi mədəniyyətinin formalaşması məktəbi”, “MDB məkanında əməkdaşlığın inkişafı: Peterburq təcrübəsinin xüsusiyyətləri”, “Sankt-Peterburq Qanunvericilik Məclisi: beynəlxalq parlament əməkdaşlığının təcrübəsi” və “Qlobal dəyişikliklər şəraitində parlamentarizm institutu” mövzularında dəyirmi masalar da keçiriləcək.
Səfər mayın 20-də başa çatacaq.
/atributinfo.az/
