Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının
fəal üzvü
İlikin Mqmmədov demişdir.
O, əlavə etmişdir ki, YAP Ulu Öndərin də hər zaman qeyd etdiyi kimi tarixi zərurətin təkidli tələbi idi. Siz bu tarixi prosesləri bilirsiniz, gənclərimiz isə öyrənirlər. Yaxşı öyrəndiklərinə əminəm. Çünki əgər belə olmasa idi, biz Qarabağı işğaldan azad edə, Şərqi Zəngəzura Cəfər Cabbarlının şeri ilə desək, yaşıl donlu, mavi gözlü, al yanaqlı bayrağımızı asa bilməzdik. Bütün məsuliyyətimlə deyirəm ki, ölkəmizin əldə etdiyi bütün uğurlarda olduğu kimi şanlı Zəfərimizin əldə olunmasında da YAP üzvlərinin müstəsna xidmətləri vardır. "YAP-ın bayraqdarları gənclərdir. Onlar Prezidentin səmimi dostları və dəstəkləyiciləridirlər. YAP-ın ətrafında birləşən gənclər ordusunun yüksək təhsilə yiyələnməsi, müasir dövrün elmi inqilablarını mənimsəməsi, süni intelekt, kompyüter texnologiyaları, müasir təbabət və digər sahələrdə ixtisaslı kadr kimi formalaşması bizlər üçün qürur mənbəyidir. Arzu edirəm ki, indiki gənclər də öz sələfləri kimi ölkəmizin gələcəyi naminə böyük işlərə, layihələrə imza atasınlar. Bu istiqamətdə hər bir YAP üzvü olan gəncin öz ətrafında olan digər gəncləri YAP-a dəvət etməsini tövsiyyə edirəm. Hər 18 yaşı tamam olan gəncin üzünə doğma partiyamızın, o cümlədən də YAP Göygöl Rayon Təşkilatıının qapıları açıqdır."-YAP sözçüsü bildirmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
