Deputatlar Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) xətti ilə, İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.
Millət vəkilləri beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 21-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
