Bu barədə baş nazir öz "Twitter" səhifəsində yazıb.
"Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər daşqınlardan zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də bəşəriyyətə olan inamımızı bərpa edir", - deyə o bildirib.
