Xoşbəxtik ki, bizim liderimiz müzəffər liderdir, xilaskardır, öz siyasəti, davranışı ilə vətənpərvərliyi xalqına aşılayandır.
Ulu Öndərin məşhur və tarixi olan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" ifadəsini bu gün hər birimiz dünyanın istənilən nöqtəsində qürurla səsləndiririk. Bu ali hissləri və imkanı bizə yaşadan cənab Prezident İlham Əliyevdir
Möhtərəm Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm, onun rəhbərliyi ilə dövlətimizə davamlı Qələbələr arzulayıram.
Emin Hacıyev
Milli Məclisin deputatı
