Sizin reklam burada
Sizin reklam burada
  • Vladimir Putin İlham Əliyevə zəng etdi

    Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir ki. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
    Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.
    Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ