Deputatlarımız İspaniya və Belçikada səfərdə olacaqlar
Siyasət
24-11-2022, 16:32
287
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərində səfərdə olacaqlar. Deputatlarımız İspaniya parlamentində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparacaqlar. Sonra Səməd Seyidov noyabrın 30-dan dekabrın 3-dək Belçika Krallığının Brüssel şəhərində səfərdə olacaq. Komitə sədri Avropa Parlamentində bir sıra görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi