Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin deputatları ASEAN PA-nın 43-cü Baş Assambleyasında keçirilən müzakirələrdə iştirak ediblər

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir.
Noyabrın 23-də Baş Assambleya çərçivəsində təşkilata üzv ölkələrin nümayəndələri ilə müşahidəçi parlamentlərin təmsilçiləri arasında dialoq keçirilib. Tədbirdə Milli Məclisin üzvləri - Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.
"Sülh, davamlı inkişaf və COVİD-19-dan bərpaya investisiya" mövzusunda keçirilən müzakirələrdə deputatlarımız çıxış edərək, Azərbaycanın sülh, davamlı inkişaf, COVİD-19-dan sonrakı dövrdə bərpa prosesində fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Daha sonra Milli Məclisin üzvləri tərəfindən üzv parlamentlərin nümayəndələrinin sualları cavablandırılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ