Sizin reklam burada
Sizin reklam burada
  • İran İslam Respublikasının Ali Rəhbərininin müşaviri: "Azərbaycan xalqı gözümüzün işığıdır"

    "İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır.
    Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq."
    Bu fikirləri İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri twittr səhifəsində paylaşıb. O, əlavə edib ki,
    "Qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır."
    Nə deyirik, yalansa gerçək olsun.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ