Sizin reklam burada
Sizin reklam burada

Kasıbın dost-tanışı da da olmur axı, cənab hökumət nümayəndələri

"Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa acından ölər. O, necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır."
Bu fikirləri Milli Məclisin dünən keçirilən iclasında "2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev çıxış edərkən səsləndirdi.
O, əlavə etdi ki,
burada bir neçə incə məqam var. Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Kasıbın dost-tanışı da da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir.
"Çıxış yolu müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən çıxsın. İcra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir."-Millət vəkili səsləndirdi.

Bəradər Səməndərli
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ