İslam Mirzəzadə,
Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi bərqərar etmiş, ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.
Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ədalət mühakiməsini həyata keçirən müstəqil məhkəmə sisteminin yaradılmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verilmiş, bununla da ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyənləşdirmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması qərara alındı.
28 dekabr 2004-cü il tarixində isə Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməklə ölkəmizdə aparılan islahatlar nəticəsində yeni təsisat–məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası təşkil оlunmuşdur.
Prezident İlham Əliyevin Ədliyyə sistemi ilə yanaşı, insan hüquq və azadlıqlarının təmini baxımından ötən müddətdə məhkəmə sistemində yeni dövrün tələblərinə cavab verən islahatların aparılması da dövlət başçısının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədliyyə və məhkəmə islahatları dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, bu sahədə əldə edilən müsbət nəticələr nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb etmişdir.
Həyata keçirilən hüquq islahatlarının ən mühüm məqsədlərindən biri də məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Əsası cənab Prezident İlham Əliyevin qeyd olunan sərəncamı ilə qoyulan elektron məhkəmə sisteminin tətbiqinin uğurlu nəticəsidir ki, ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının Ədliyyənin Kristal Tərəzisi müsabiqəsinin mükafatçısı olmuşdur. Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi Elektron məhkəmə informasiya sisteminin tərkib hissəsi olan Məhkəmənin nəbzi: İdarəetmədə inqilab adlı layihə ilə iştirak etmiş və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək, təsis edilmiş 4 mükafatdan birinə layiq bilinmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, vətəndaşların bölgələrdə qəbuluna yetirilən xüsusi diqqətin nümunəsidir ki, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov vaxtaşırı respublikanın müxtəlif bölgələrində vətəndaşların qəbulunu keçirir. Həmin tədbirlərlə yanaşı, yerlərdə ədliyyə işçiləri ilə keçirilən müşavirələrdə ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunur, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilir.
Məhkəmə sistemində aparılan uğurlu hüquqi islahatlar nəticəsində şəffaflığın maksimum dərəcədə artırılması, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi kimi neqativ halların aradan qaldırılmasını təmin etmək məqsədi ilə atılan addımlar qulluq mövqeyindən asılı olmayaraq ədliyyə sahəsində çalışan hər bir əməkdaşı daha da məsuliyyətlə işləməyə, qanunla üzərilərinə qoyulmuş vəzifələri daha da məsuliyyətlə yerinə yetirməyə sövq edir.