Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: " Fransa ilə iqtisadi əlaqələrimizə yenidən baxmalıyıq"

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli və hec bir hüquqi əsası olmayan qətnamə birmənalı şəkildə pislənildi və Milli Məclis adından qondarma qətnaməylə bağlı bəyanat qəbul edildi.
    Müzakirələr zamanı çıxış edən millət vəkili Aydın Hüseynov Fransayla iqtisadi əlaqələrimizə yenidən baxılmasını təklif edtdi:
    "Fransa senatının qəbul etdiyi heç bir hüquqi əsası olmayan irtica və riyakar qətnaməsini qətiyyətlə pisləyirəm. İstərdim iqtisadi baxımdan bir faktı, statistikanı nəzərinizə çatdırım. Fransa şirkətlərinin Azərbaycanın enerji sektorundakı layihələrində iştirakının dövlət sifarişi və digər layihələr qarışıq tutumu 6,2 milyard dollardı. Eləcə də Azərbaycan Fransaya 2 milyardan çox investisiya yatırıb və hər birimizə də məlumdur ki, bu gün dövlətlərin başlıca məqsədi öz iqtisadi əlaqələrini genişləndirmək, öz vətəndaşlarının rifahını yüksəktməkdir. Normal dövlətlərdə bu baxış var. Bəs indi görəsən, Azərbaycanla Fransa arasındakı iqtisadi əlaqələr normal şəkildə olduğu bir halda Fransanın Azərbaycana olan bu münasibətinin əsasında nə dayanır? Mən uzun müddətli, 30 illik tarixə nəzər salarkən düşünürəm ki, əslində Fransanın bu proseslərdəki bəlası onların prezidentlərinin bəlasıdır yəni, 50 milyondan çox fransız xalqı az miqdarda olan bir erməni lobbisinin əlində əsir-yesir olub həm beynəlxalq hüququ tapdalayır, həm özünün iqtisadi əlaqələrini qura biləcək bir dövlətlə əlaqələrində gərginlik yaradır və mən hesab edirəm ki, bu gün bu proseslərin bu münasibətlərin başında birbaşa Makronun istəkləri və erməni lobbisindən prezidentlik kürsüsü üçün ala biləcəyi dəstək dayanıb. Əlbəttə, Fransa öz tarixinə nəzər salsa, görər ki, 50-dən çox ölkəni işğal edib və işğal etdiyi hər bir ölkədə qırğınlar törədib, genosidlər törədib, dilini əlindən alıb. Bir çox ölkələr var ki, bu gün də dövlət dilləri fransız dilidir, nəyə görə? Çünki vaxtilə fransızlar onları bax, bu tərzdə davranmağa məcbur ediblər. Fransanın özündə çoxlu sayda, milyondan çox erməni yaşayır. Halbuki, bu gün Qarabağda 30 minə qədər erməni yoxdur.
    Düşünürəm ki, Fransa ilə iqtisadi əlaqələrimizə yenidən baxmalıyıq. Əgər Fransa ermənilərə daha çox dəstək göstərməsini istəyirsə, onlar üçün bir havadarlıq etmək istəyirsə, elə Fransanın özündə onlara dövlət də versin muxtariyyət də versin və nə istəyir onu da etsin. Digər tərəfdən isə əgər Fransa belə böyük bir demokratik dövlətdirsə, elə onda Korsikanın özündə bu problemləri həll etsin.
    Mən də bir daha həmkarlarım kimi qətnaməni qətiyyətlə pisləyir və bir daha iqtisadi əlaqələrimizə yenidən baxılmasını təklif edirəm."-deputat dedi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ