Sizin reklam burada
Sizin reklam burada
  • Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib

    Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.
    Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
    O qeyd edib ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.
    "3 ildir uğur və sədaqətlə Baş katib vəzifəsini icra edən Bağdad Amreyevə təşkilatımıza verdiyi töhfələrə görə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.
    Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ