Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə Azərbaycanla Gürcüstan arasında mühriban qonşuluq, dostluq münasibətləri müasir dövrdə Ulu öndər Heydər Əliyev Eduard Şevardnadze tərəfindən inşa edilib: “Sonrakı dövrdə Prezident İlham Əliyev bu münasibətləri istər, Mixail Saakaşvili, ostərsə, digər rəhbərlərlə davam etdirib. Baş nazir İrakli Qaribaşvili ilə İlham Əliyevin səmimi münasibətləri iki ölkə arasında münasibətlərə də öz müsbət təsirini göstərməkdədir. Müxtəlif ölkələr arasında hansısa anlaşılmazlıqlar, fərqli mövqelər olur. Azərbaycanla Gürcüstan ortaya çıxan hər hansı məsələni ictimailəşdirmədən, müvafiq qurumlar səviyyəsində həll edirlər. Bu da hər iki ölkənin xalqlarının ümumi maraqlarına, sülhə, əmin-amanlığa, əməkdaşlığa xidmət edir.
Millət vəkili bildirib ki, yeni çağırışlar dövründə Azərbaycanla Gürcüstanın sıx əməkdaşlığı daha vacibdir: “Bu gün biz bölgəmizdə təhlükəsizlik amilinə ciddi fikir verməliyik. Eyni zamanda, enerji sahəsində əməkdaşlığımız uzun illərdir ki, davam edir. Prezident İlham Əliyevin Gürcüstan səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açdı. Müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına əsaslanaraq deyə bilərik ki, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələri üçün yeni mərhələ başlayıb. Bundan sonra da Azərbaycan və Gürcüstan arasındakı münasibətlər inkişaf edəcək və ümumilikdə regionun inkişafına töhfə vermiş olacaq. Ümide edirik ki, Azərbaycan və Gürcüstan arasındakı müttəfiqlik və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və bu münasibətlərdən hər iki ölkə fayda görəcək”.
