
Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq öz liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadlasəsini verdi.O, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, güclü iqtisadiyyatı olan, müstəqil xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurdu. Bu gün uğurlarından qürur duyduğumuz qüdrətli Azərbaycanı. Heydər Əliyev ilk gündən demokratiya yolu tutdu.Vətəndaşlarındaxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi.O, bu torpaq, Vətən üçün, xalq üçün doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və əbədidir”, - AHİK sədri bildirib.
“Bugünkügüclü Azərbaycanın bütün uğurlarının kökündə dahi Heydər Əliyevin uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin müzəffər davamçısı cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib. Fəxarətlə deyə bilərik ki, regionda Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından danışmaq belə mümkün deyil”, - Milli Məclisin deputatı vurğulayıb.
“Yeri gəlmişkən, bildirim ki, Azərbaycan həmkarlar ittifaqlarının müstəqil qurum kimi formalaşmasında, möhkəmlənməsində, böyük nüfuz qazanmasında Ulu Öndərin danılmaz xidmətləri dayanır. Onun yenidən hakimiyyətə gəlişi ilə həmkarlar ittifaqlarının həyatında yeni dövr başladı.Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında1994-cü ildə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” qanun imkan verdi ki, istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların qəbulunda təşkilatın verdiyi təkliflər əsas yerlərdən birini tutsun. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı. Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.Ulu Öndər hər zaman həmkarlar ittifaqlarının fəaliyyətini izləyir, ona dövlət dəstəyi göstərir, qurultaylarına təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, dəyərli tövsiyələrini verirdi”, - AHİK sədri qeyd edib.
S.Möhbalıyev əlavə edib ki, müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət yaradan,bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi liderinin əziz xatirəsini daim uca tutur, yad edir: “Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin“Heydər Əliyev İli” elan olunması onun xalq və dövlət qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin təzahürüdür. Bizim müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli sərvətimizdir. Hər bir azərbaycanlının qüruruna, iftixar mənbəyinə çevrilən Heydər Əliyev xalqımızın tarixində və qəlbində daima yaşayacaq. Gələcək nəsillər bu Vətəni, bu dövləti onlara bəxş etmiş, müstəqil, suveren, demokratik,dünya siyasətində yüksək yeri və rolu olan qüdrətli Azərbaycanyaratmış Ulu Öndərini ehtiramla anacaq”.