Sizin reklam burada
Sizin reklam burada

Aqil Məmmədov: "Dövlətimizin gücü yeni təhdidlərin qarşısını qətiyyətlə almağa imkan verir"

Aqil Məmmədov: "Dövlətimizin gücü yeni təhdidlərin qarşısını qətiyyətlə almağa imkan verir" “Prezident İlham Əliyevin 27 sentyabr Anım günün Füzuli rayonuna səfər etməsi rəmzi məna daşıyır. Çünki, 44 günlük savaşda ordumuz ilk şəhidlərimizi bu istiqamətdə verib və işğaldan ilk azad edilən ərazilərimiz də bu istiqamətdədir”.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, 44 günlü Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyini möhkəmləndirən başçıca amilə çevirlib: “Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Azərbaycan ordusu sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız işğalda olan torpaqlarımızda dalğalansın. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bu tarixi missiyanı uğurla başa çatdırdı. 27 sentyabr tarixi müharibədən qalib çıxan xalqımız üçün həm də qürur günüdür. Ona görə ki, Azərbaycan xalqı bu tarixdə şəhidlərinin əziz xatirəsini yad edirdi. Şübhəsiz ki, belə bir tarixi gündə qalib Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi”.
Millət vəkilinin sözlərinə görə dövlət başçısı çıxışı zamanı işğaldan azad olunmuş torpaqlarımıza yenidən həyatın qayıtmasını və bunun əsas səbəbinin xalqımızın gücünü səfərbər edib, yumruq kimi birləşməsi olduğunu vurğulayıb: “Dövlət başçısının çıxış etdiyi yeri bütün xalqımız üçün doğmalaşdıran səbəblərdən biri də 44 günlük müharibə tariximizin birinci günüdə buradan aldığımız ilk qələbə xəbərləri idi. Məhz bu səbəbdən şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib. Hansı ki, Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Prezident cənab İlham Əiyev çıxışı zamanı bu qələbə tarixini yaşadığımız üçün xalqımızı xoşbəxt adlandırdı, bildirdi ki, belə şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
A.Məmmədovun sözlərinə görə, Azərbaycan dövlətinin gücü, dünyadakı nüfuzu yeni təhdidlərin qarşısını qətiyyətlə almağa imkan verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ