Sizin reklam burada
Sizin reklam burada

“Dövlətə və orduya qarşı radikal münasibətin adı milli xəyanətdir” - Aqil Məmmədov

“Dövlətə və orduya qarşı radikal münasibətin adı milli xəyanətdir” - Aqil Məmmədov “Ermənistanın Azərbaycanla sərhəddə sentyabrın 12-də törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan ordusu öz vəzifəsindən irəli gələn tapşırıqları yüksək səviyyədə yerinə yetirdi. Azərbaycan bir daha nümayiş etdirdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə daimidir, möhkəmdir, onu hansısa təxribatçı hücumlar dəyişdirə bilməz”.
Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, bu təxribatlara neçə müddətdir hazırlaşırdı: “Brüsseldə sülh sazişinin hazırlanması istiqamətində əldə olunan razılaşmanı pozmaq üçün Ermənistanın rəhbərliyi xarici qüvvələrin təhriki ilə təxribata əl atdı. Amma, bu təxribat onun özünə zərbə vurdu. Düşmənin çox sayda hərbi texnikasını və canlı qüvvəsini darmadağın edərək onu növbəti dəfə rəzil vəziyyətə saldı. Azərbaycanın dəyərli övladları döyüşlərdə qəhrəmancasına şəhid oldular. Onların adını, xatirəsini Azərbaycan dövləti və xalqı hər zaman əziz tutacaq”.
Millət vəkilinin sözlərinə görə baş vermiş hadisədən öz çirkin siyasin məqsədləri üçün istifadə edənlər tapıldı: “Ölkə daxilində və xaricdə özünü müxalif və ya, müstəqil elan edən bir sıra ünsürlər Azərbaycan ordusunun müqəddəs missiyasına kölgə salmağa çalışırlar və bu zaman düşmənlə eyni ağızla danışdıqlarının fərqində deyillər. Azərbaycada çoxpartiyalı siyasi sistem, çoxpartiyalı parlament, püliralist cəmiyyət, azad media mövcuddur. Hər kəs, siyasi əqidəsindən və mənsubiyyətindən asılı olmayaraq öz fikirlərini sərbəst şəkildə ifadə edir. Ancaq, bəziləri öz məkrli məqsədlərini siyasət üzərindən yürütməyə çalışır ki, bu zaman artıq bu fəaliyyət müxalifətçilikdən çıxır, dövlətlə düşmənçilik platformasına keçir”.
A.Məmmədov bildirib ki, onlardan bəziləri Ermənistanın hərbi təcavüzünə açıq şəkildə bəraət qazandırır, Azərbaycan ordusunu Ermənistanın sərhədlərini pozmaqda ittiham edirlər: “Bu adamlar özlərini müxaliflət partiyalarının rəhbərləri və ya üzvləri sayırlar. İqtidara müxalifətçilik etmək üçün bütün normal ölkələrdə olduğu kimi istənilən mövzuda əks fikir söyləmək, ittiham etmək olar. Amma, dövlət maraqları, ordu – bunlar toxunulmazdır, bu maraqlar iqtidarın və ya hansısa məmurun maraqları deyil, Azərbaycanın maraqlarıdır. Bu gün onların səsləndirdiyi “ordu Ermənistan sərhədini pozub”, “bizim Zəngəzurda nə işimiz var" sözlərini eyni qaydada, ermənilər deyir. Vətənə bu qədər dönük olmaq mümkündürmü? Görünən odur ki, təəssüf ki, bizim də içimizdə belə “nümunələr” var.”.
A.Məmmədov Azərbaycan xalqının müdrik olduğunu qeyd edərək bu kimi mövqeləri lənətlədikləri deyib: “Uzağa getməyək, qardaş Türkiyədə ənənəvi kəskin iqtidar-müxalifət münasibətləri mövcuddur. Tərəflər parlamentdə, siyasi meydanlarda bir-birlərini ittiham edərlər. Amma milli məsələdə, ordu mövzusunda hər zaman bir yumruq kimi çıxış edirlər. Şəhidlərin dəfn mərasimlərində hər kəs eyni sırada dayanır. Çünki, ordu, dövlət hamınındır. Azərbaycan xalqı bu məsələləri yaxşı qiymətləndirməyi bacarır. Milli xainlər bu mövqeləri ilə xalqın hiddətini və lənətini qazandılar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ