Binu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Brüsseldə keçirilən görüşdə Azərbaycan Prezidenti Ermənistan təmsilçisinin təxribatçı gedişlərinə rəğmən barışmaz və qətiyyətli mövqe sərgilədi: “Ermənistan sülh müqaviləsinin hazırlanması və imzalanması üçün heç bir cəhd göstərməyib. Əksinə bütün təklifləri qeyri-müəyyən səbəblərdən ertələyib, imkanlarını tükədib. Son iki il ərzində vaxt qazanmağa çalışıb, nəyəsə nail olmağa cəhd edib. Bu dəfə isə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında tab gətirə bilmədi.
Bəlli oldu ki, sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət şərtlər əsasında imzalanacaq. Danışıqlarda Qarabağ, onun statusu və ya ATƏT-in Minsk Qrupu ilə bağlı heç bir bənd danışıqların sənədinə salınmayıb. Şərtləri yalnız Azərbaycan diktə edib. Prezident bildirib ki, Qarabağda yaşayan ermənilərin statusundan söhbət gedə bilməz, Minsk qrupu da artıq tarixdə qalıb. Bəli, bu, Azərbaycan liderinin yaratdığı yeni reallıqdır. Bunu bütün dünya qəbul edir və Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşılır. Ermənistan bu reallıqla barışmalıdır, başqa çıxış yolu yoxdur. Əks halda Azərbaycanın hərbi gücü, qüdrəti altında tamamilə əziləcək”.
