Sizin reklam burada
Sizin reklam burada

Ermənilər başa düşməlidirlər ki, onlar gələcəkdə də Azərbaycana qarşı hər hansı təxribata əl atar¬larsa, cavabları çox sərt olacaq

Ermənilər başa düşməlidirlər ki, onlar gələcəkdə də Azərbaycana qarşı hər hansı təxribata əl atar¬larsa, cavabları çox sərt olacaq Cavid Hüseynov - ADPU-nun mətbuat katibi

Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub.2003-cü ildən başlanan regionların sosial-iqtisadi inkişaf proqramları artıq öz müsbət nəticələrini göstərməkdədir. Bu gün ucqar rayonlarımızda belə, kommunal ehtiyaclar, insanların sosial tələbatları ən yüksək səviyyədə təmin olunur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq regionlara səfərləri, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirakları bölgələrin simasını tamamilə dəyişib. Yeni yaradılmış iş yerləri əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırıb. Dövlət başçımızın və birinci xanımın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı da bunun şahidi olduq.
Ölkə rəhbərinin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi Azərbaycanın sosial-iqtisadi və siyasi sahələrində əhəmiyyətli məsələlərin təhlili baxımından xüsusi maraq doğurdu və son illərdə adları çəkilən rayonlarda böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edən dövlət başçısı görülən işlərin əsas hissəsinin yekunlaşdığını diqqətə çatdıraraq qeyd etmişdir ki: “Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”. Qobustan, İsmayıllı və Ağsu rayonlarında böyük infrastruktur layihələri icra edilir. Prezident İlham Əliyev istər qazlaşdırma, elektrik enerjisi, su təchizatı, istərsə də yolların tikintisi ilə bağlı regionlarda genişmiqyaslı tədbirlərin gerçəkləşdirildiyini bildirmiş, iş yerlərinin açılması prosesinin də dövlətin daim diqqətində olduğunu xüsusilə vurğulamışdır: “İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur”.
Bu gün dünyanı narahat edən ən böyük problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Prezident İlham Əliyev tərəfindən ötən illərdə ərzaq təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş iqtisadi layihələrin uğurlu icrası bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlətimiz yaxın illərdə bu rəqəmin 100 faizə çatdırılması istiqamətində böyük işlər həyata keçirir. Yaxın 3-4 il ərzində Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının 80 faizini özü təmin edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda 100 min hektara qədər münbit torpaq sahəsi artıq əkilib-becərilməkdədir. Yaxın illərdə işğaldan azad edilmiş ərazilərimizin bütün torpaqlarının əkilib-becərilməsi sayəsində ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə veriləcək.
Dövlət başçımızın bu ayın əvvəlində erməni təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdi¬yi “Qisas” əməliyyatı barədə səsləndirdiyi fikirlər Qarabağdakı se¬paratçılara ciddi xəbərdarlıq idi. Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən erməni təxribatından sonra ”Qisas” antiterror əməliyyatının keçirildiyi bəyan edildivə “Qisas” əməliyyatı nəticəsində erməni se¬paratçılarına ciddi zərbələr endiril¬di. Ölkə başçımızın da vurğuladığı kimi Ermənilər başa düşməlidirlər ki, onlar gələcəkdə də Azərbaycana qarşı hər hansı təxribata əl atar¬larsa, cavabları çox sərt olacaq və heç bir qüvvə Azərbaycanı dayandıra bilməyəcək. İkinci Qarabağ müharibəsində Ermənistan dəmir yumuruğu gördü və bundan dərs almalıdır.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ