Sizin reklam burada
Sizin reklam burada
  • Şirvanda altı ayın yekunları müzakirə olundu

    Şirvanda altı ayın yekunları müzakirə olunduDeputatdan açıqlama

    Ötən gün Şirvan şəhərində bu ilin 6 ayında görülən işlər, sosial-iqtisadi inkişafın yekunları müzakirə olundu. Bununla əlaqədar "Atributinfo.az"-a açıqlama verən millət vəkili İltizam Yusifov dedi:
    - Müzakirə öncəsi Şəhər İH -nin başçısı hörmətli İlqar Abbasovun məruzəsi dinlənildi.
    Şəhərimizdə görülmüş işlərdən danışıldı, görüləcək işlər tədbir işçilərinin nəzərinə çatdırıldı. Daha sonra məruzə ətrafinda çıxışlar oldu, müzakirələr aparıldı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından irəli gələn məsələlərə toxunuldu.
    Ölkəmizdə xarici və daxili siyasətdə uğurlu işlərimiz davam edir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azad olmuş torpaqların bərpası, iqtisadiyyatda sənayeləşmə, liberallaşma davam etdirilir. Artıq böyük qayıdışa start verilib. Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlər köçürülüb. İstər ölkəmizdə, istərsə də Şirvan şəhərində görülən işlər qarşıya qoyulan bütün hədəflərə nail olacağımıza əsas verir.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ