Sizin reklam burada
Sizin reklam burada
  • Əliabbas Salahzadə: "Dövlət və icma büdcələrinin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunur."

    Əliabbas Salahzadə:  "Dövlət və icma büdcələrinin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunur."Milli Məclisin bu gün keçirilən novbədənkənar iclasında deputatlar 15 məsələni müzakirə etdilər. İkinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklə bağlı çıxış edənlər sırasında millət vəkili Əliabbas Salahzadənin səsləndirdiyi fikirlər daha çox diqqət çəkdiyindən çıxışı olduğu kimi veririk.
    "- Bu gün ikinci oxunuşda müzakirəyə təqdim olunmuş Azərbaycan Respublikasının "2022-ci il dövlət büdcəsi haqqında" Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi özlüyündə ölkə iqtisadiyyatının inkişaf dinamikasını göstərir. Layihədən görünür ki, cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə o cümlədən dövlət və icma büdcələrinin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunur. Cari ilin ilk beş ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində ümumdaxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıqdır. Burada qeyd olundu ki, bu rəqəmlər son 12 ilin ən yüksək rəqəmlərindəndir. Əldə edilən gəlirlər bu layihələrə əsasən yenidən bölüşdürüləcək və dövlətimizin qarşısında duran prioritet məsələlərin həllinə sərf ediləcək. Dövlət büdcəsində yeni imkanların yaradılması dövlətimizin qüdrətinin göstəricisi olmaqla yanaşı, müdafiə, təhlükəsizlik, işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində işlərə daha da sürətlə sərf edilməyə imkan yaradacaq. İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialına malik olduğunu nəzərə alsaq, növbəti illər ərzində ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını deyə bilərik. Sevindirici haldır ki, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında inkişaf prosesləri davam edir, yüksək artım templəri müşahidə olunur. Dövlət büdcəsinin gəlirlər bazası həm neft gəlirləri, həm də qeyri-neft gəlirləri hesabına artır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yüksək artım tempi 2022-ci ilin ilk beş ayında da davam edib. Bundan başqa ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin bir barelinin qiyməti 50 ABŞ dolları nəzərdə tutulmuşdur. Bu ilin beş ayı ərzində isə neftin qiyməti 106 ABŞ dolları həcmində olub. Pandemiyadan sonrakı dövrdə ölkə iqtisadiyyatının genişləndirilməsi, orta aylıq əmək haqqının yüksəldilməsi, yeni iş yerlərinin açılması, Dövlət Sosial Müdafiə fondunun gəlirlərinin artmasına öz müsbət təsirini göstərmişdir. Əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik aktlarının qəbul edilməsi Dövlət Sosial Müdafiə Fondu ilə daxilolmaların həcminin əsaslı surətdə artmasına səbəb olub və 2022-ci ilin ilk 5 ayında proqnozlar göstəricilərin yüksəldilməsinə imkan yaradıb. Bunun da nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 300 milyon manat artırılaraq 5 milyard 606 milyon manata çatdırılıb. 2022-ci ilin dürüstləşdirilmiş dövlət büdcəsinin parametrləri, habelə antiinfilasiya tədbirləri nəzərə alınmaqla hazırlanmış ölkənin cari il üzrə makroiqtisadi proqnozlarına görə ümumilikdə 2022-ci ildə müsbət istiqamətdə dinamika gözlənilir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadiyatı inkişaf etməkdə davam edir. Bu isə ölkəmizin gələcəyinə böyük ümidlərlə baxmağa və tezliklə məcburi köçkünlərin işğaldan azad olunmuş və yenidən müasir şəkildə bərpa olunmuş doğma yurdlarına qayıdacaqlarına əminliyimizi daha da artırır.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ