Dövlət müstəqilliyi əldə etdikdən sonra Mərkəzi Asiya, Xəzər və Qafqaz regionunda mühüm rol oynayan dövlətlər olan Azərbaycan və Özbəkistan arasında ikitərəfli regional əməkdaşlıq əlaqələri dinamik şəkildə inkişaf etməyə başlamışdır. Mərkəzi Asiya regionunun inkişaf edən ölkəsi kimi Özbəkistan Respublikası Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla yeni mərhələdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir.
İyunun 21-də Daşkənddə Heydər Əliyev meydanının açılışında möhtərəm Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Cənab Preziden İlham Əliyev Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edərək küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürünü bildirdiərək “ Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir”.
Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!
Sadıxova Yeganə Zakir qızı
Dəmirçi kənd ümumi ota məktəbinin kitabxanaçısı
