Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Prezidentinin Özbəkistan səfəri regional əməkdaşlığa töhfə verəcək - RƏY

 Azərbaycan Prezidentinin Özbəkistan səfəri regional əməkdaşlığa töhfə verəcək - RƏY “Azərbaycan Prezidentin Özbəkistana səfərini təkcə iki ölkə arasında əlaqələr prizmasından yox, həm də Azərbaycanın 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallığa əsasən regionlararası, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasındakı əməkdaşlığın inkişaf perspektivi kimi baxımından çox böyük əhəmiyyət kəsb edən səfərdir. Səfəri məhz belə dəyərləndirmək lazımdır”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycan Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri zamanın sınağından çıxdığından etibarlı strateji tərəfdaşlıq səviyyəsindədir. “Bu səfərlə iki ölkə arasındakı strateji tərəfdaşılq münasibətləri yeni mərhələsinə qədəm qoymuş oldu. Bunu səfər zamanı keçirilən görüşlərdəki müzakirələr zamnı səslənən bəyanatlar və imzalanan sənədlər deməyə əsas deyir. Ona görə də bu səfəri ölkə arasında sıçrayış xarakterli səfər kimi dəyərləndirmək lazımdır. İki ölkə arasında imzalanan Bəyannamə, hərbi-texniki, təhsil, kənd təsərrüfatı, iqtisadiyyatın və ən müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması bunun bariz göstəricisidir. Siyasi Bəyannamənin imzalnması ilə münasibətləri qlobal səviyyədə gələcək birgə əməkdaşlığın yol xəritəsini hesab etmək olar. Orada hər iki ölkənin xarici siyasətinin prioritetləri, ərazi bütövlü-yünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi diqqət çəkir, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər ifadə edilir”- o qeyd edib.
Deputat qeyd edib ki, bu səfərin ən mühüm cəhəti isə regional əməkdaşlığın, müxtəlif region ölkələrinin inkişafına öz təhfəsini verəcək:
“Həm son dövrlərdə Avrasiya coğrafiyasında, həm də 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın şərtlərinə uyğun olaarq yeni əməkdşalıq formatlaır yaranmaqdadır. Bu səfər həmin reallıqlaırn tələblərinə cavab verib, inkişaf etməsinə təkan verən səfərdir. Hansı ki, cənab Prezident İlham Əliyev səfər zamanı çıxışında bu məsləyə xüsusi diqqət çəkərək bəyan etdi ki, əldə olunacaq müsbət nəticələrin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxa¬racaq. Cənab Prezidentin bəyan etdiyi kimi, bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bu məsələdə hər iki ölkənin liderlərin siyasi iradəsi ilə yanaşı iqtisadi zəminlərin olduğu vurğulandı. Bu məqsədlə əməkdaşlığın inkişaf etdirilməsi üçün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatı, neft kimyası və sair sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İki ölkə arasında digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi getdikcə artsa da, yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşıma-ları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq kimi qarşıda mühüm vəzifələr durur.
Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə hər ölkə üçün prioritet məsələdir. Çünki yerləşdiyimiz regionların təhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmlənməsi baxımdan ən vacib məsələlərdənddir. Bu səfər eyni zamanda Türk dünyasının daha sıx inteqrasiyasına və əməkdaşlığın daha da dərinləşməsinə öz əvəzsiz töhfəsini verəcək. Bu da nəticə etibarı ilə Azərbaycanın bölgədəki və Avrasiya coğrafiyasındakı mövqeyinin daha da möhkəmlənməsinə, rolunun artmasına xidmət edəcək. Cənab Prezidentin Özbəkistan səfəri Azərbaycanın yeni dünya düzənindəki ciddi aktor rolunun və əhəmiyyətinin artmasına gətirib çıxaracaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ