Bu fikirləri millət vəkili Hicran Hüseynova Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
Deputat sözügedən məsələ ilə bağlı yüzlərlə qaçqın və məcburi köçkünlərin müraciət etdiklərini bildirib: “Eyni zamanda çox yaşlı insanlarımız var ki, onlar öz ata-baba torpaqlarını görəcəklərini arzulayırlar. İmkan daxilində hər hansı marşrutlar açılsa, bu həmin insanlara dəstək olardı”.
