Sizin reklam burada
Sizin reklam burada
  • BMT Baş Assambleyasının prezidenti Azərbaycana rəsmi səfər edəcək

    BMT Baş Assambleyasının prezidenti Azərbaycana rəsmi səfər edəcək BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
    Təkilatdan verilən məlumata görə, prezident A.Şahidin Bakıda yüksək səviyyəli rəsmi görüşlər keçirməsi planlaşdırılır.
    A.Şahid həmçinin ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək.
    Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək.
    A.Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ