Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklərMayın 13-də Fransanın Paris şəhərində AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətlərinin üzvü Nigar Arpadarai iştirak edəcəklər.
Tədbirdə “Rusiya və Ukrayna münaqişəsi nəticəsində regionda daxili və xarici miqrasiyaların humanitar nəticələri”, “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri” kimi mövzular müzakirə ediləcək, bir sıra təşkilati işlərə baxılacaqdır.
***
Səməd Seyidov, həmçinin AŞPA-nın mayın 16-17-də keçiriləcək Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın Hanya şəhərində səfərdə olacaq.
İclasda “Yeni çağırışlar qarşısında Avropa təhlükəsizliyinin asimmetriyası”, “Şərqi Aralıq dənizində sülh və stabilliyin qorunması”, “Şərqi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi”, “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: yeni irqçilikdə azad cəmiyyət xartiyası” kimi mövzularda, həmçinin beynəlxalq silahlı münaqişələr şəraitində Avropa Şurasının rolu ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ