Notariat Palatasının İdarə Heyətinin üzvü, Bakı şəhəri 5 saylı Notariat Ofisinin notariusu
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” dedi, sona qədər getdi və Şuşanı əsil sahibinə-Azərbaycan xalqına geri qaytardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun rəhbərliyi ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 40 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də Azərbaycan ziyalılarının iştirakı ilə açılışı olmuşdur. İndi isə Azərbaycanın müstəqilliyinin təxminən otuz yaşı var. Ata vəsiyyətini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti ilk dəfədir ki, Cıdır düzünə müzəffər Ali Baş Komandan kimi ayaq basdı.
2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Bu yumruq, həm gücdür, həm birlikdir. Bu birlik, güc bundan sonra daha da güclü olacaq. Birliyi olan, iradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderə malik olan ölkələr qələbə qazanırlar.
Ümummilli liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Qarabağın işğaldan azad olunması ulu öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş olub.
