Yəni, Azərbaycanın təklif etdiyi prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir.”
K.Nurullayeva qeyd edib ki, Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini də artıq müəyyən edib. Azərbaycan qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazırdır: “Biz Ermənistandan da real addımlar gözləyirik. Amma təəssüf ki, bu razılaşmalara baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törədərək, sülhə mane olan addımlar atır.”
Deputat həmçinin humanitar məsələlərin həllinin də vacibliyini qeyd edib. Diqqəti mina terroruna və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə yönəldib: “Bölgədə dayanıqlı sülhü şərtləndirən amillərdən biri də humanitar məsələlərin həllidir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan ermənilərin basdırdığı minalardan ciddi şəkildə əziyyət çəkir. Son ilyarımda əksəriyyəti mülki insanlar, hətta media nümayəndələri olmaqla 200-dən çox azərbaycanlı minaların qurbanı olub. Eyni zamanda birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə də aydınlıq gətirilməlidir. “
Deputat beynəlxalq təşkilatların sülh prosesinə töhfə verməsini vacin hesab edib: “Beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesinə töhfə verə biləcək bir platforma rolunu oynamalıdır. Bu, bölgədə dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsi, insanların rifahını təmin etmək üçün vacibdir.”
